AZ

30 MİN MANATA ALINAN AZADLIQ: İnsan həyatı bu qədər ucuzlaşıb? Jalə Familqızı yazır

ain.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

25 yanvar tarixində Samuxda baş verən qəza çoxlarını üzdü. Söhbət səhər saat 7 radələrində Rəşid Məmmədova məxsus “QAZel” markalı mikroavtobusun aşması nəticəsində 26 yaşlı sərnişin Əsgərov Vüqar İlqar oğlunun faciəvi şəkildə həyatını itirməsindən gedir. Hansı ki, Vüqar cəmi 8-9 ay əvvəl ailə qurmuşdu və bir neçə ay sonra körpəsi dünyaya gələcəkdi. Amma o, körpəsinin üzünü görmədən həyatla vidalaşdı.

Məlum hadisədən dərhal sonra Daxili İşlər Nazirliyi (DİN) rəsmi açıqlama yayaraq, qəzaya sürücü Rəşid Məmmədovun məsuliyyətsiz davranışının səbəb olduğunu açıqladı. Rəsmi olaraq bəyan edildi ki, o, sürət həddini aşmaqla yanaşı, sükan arxasında mobil telefondan istifadə edib. Dəhşətli hadisə də məhz bu səbəbdən baş verib.

Ən dəhşətlisi isə odur ki, bir ailənin çırağını söndürən, bir qadını ərsiz, 3 bacını qardaşsız, bir ananı oğulsuz, bir körpəni atasız buraxan məsuliyyətsiz sürücü cəzasız buraxıldı. Onun həyat dolu bir gəncin ölümə səbəb olan məsuliyyətsizliyi qanun müstəvisində mühakiməyə çıxarılmadı, 1 həftə sonra açıb buraxdılar. Əlbəttə, rüşvət hesabına!

Sürücünün yaxın ətrafının dediklərindən aydın olub ki, müstəntiq Rəşidi buraxmaq üçün 30 min manat pul istəyib. Bunu eşidən ailə də heyvanlarını və təsərrüfatını sataraq, tələb olunan məbləği müstəntiqə təqdim edib. 

Beləliklə, hazırda məsuliyyətsiz sürücü azadlıqda, gənc yaşında həyatdan qoparılan Vüqar Əsgərov isə torpağın altındadır. Budur qanun, budur ədalət? 

Azərbaycanda insan həyatının bu qədər ucuz olduğuna inanmaq olmur. Qanunlarımız bu qədərmi ayaq altına alınıb?! Belə çıxır ki, bizim ölkədə pulu olanlar istənilən cinayəti həyata keçirə və azadlıqda qala bilər! 

Hüquq-mühafizə orqanları deyir ki, sürücüdən şikayət yoxdursa, məhkəmənin qərarı ilə icbari iş ala bilər. Ailə şikayət etməyibsə, bəs sizin vicdanınıza nə olub? Rüşvət hesabına bir igidin qanını batırmağa utanmadınızmı?

Jalə FAMİLQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
hurriyyet.az

1Mənbələr