AZ

“Yunayted” Naqelsmannla danışıqlara başladı

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

“Mançester Yunayted” Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannla danışıqlara başlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Topskills Sports UK” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Naqelsmannla danışıqlar ilkin mərhələdədir.

Klub rəhbərliyi inanır ki, Naqelsmann Yurgen Kloppun “Liverpul”dakı əfsanəvi uğurunu təqlid edərək, Premyer Liqada dominantlıq edə biləcək növbəti alman məşqçi ola bilər.

Danışıqlar klubun kadr məsələləri üzrə derektoru Kristofer Uivellin güclü təzyiqi fonunda baş verir. O, xüsusilə, alman mütəxəssisin taktiki yanaşmasını yüksək qiymətləndirir.

Lakin Bruno Fernandes də daxil olmaqla, əsas oyunçular hazırkı müvəqqəti baş məçqçi Maykl Kerriki dəstəkləyirlər.

Qeyd edək ki, Kerrik yanvarın 14-dən “Mançester Yunayted”ə rəhbərlik edir. Onunla müqavilə mövsümün sonuna qədər nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
yeniavaz.com

2Mənbələr