AZ

Musa Qurbanlı Premyer Liqanın tarixinə düşdü

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının XX turunun "İmişli" ilə oyununda "Qarabağ"ın qələbə topunu vuran Musa Qurbanlı yubiley qoluna imza atıb.Bizim.Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.Belə ki, 23 yaşlı hücumçu çempionatda 40-cı dəfə fərqlənib. Azərbaycan millisinin üzvü buna 97-ci oyununda nail olub. Forvard turnirin tarixində 40 və ya daha çox qol vuran futbolçuların siyahısına daxil olub. Junivan Suares, Ramil Şeydayev, Fernando Peres və Mehman Allahverdiyevə çatan Qurbanlı 65-69-cu yerləri bölüşür.

 

Premyer Liqada iki klubda çıxış edən hücumçu "Qarabağ"da 88 oyunda 39, "Zirə"də doqquz matçda bir dəfə fərqlənib.

Qeyd edək ki, Musa 40-cı qolunu cari çempionatda vuran ikinci futbolçudur. Ona qədər Coy-Lens Mikels ("Sabah") buna nail olub.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
9
bizim.media

10Mənbələr