AZ

Avtobus iki bahalı avtomobilin arasında sıxışıb qaldı - Video

Bakı-Sumqayıt yolunda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

News365.az xəbər verir ki, “Daewoo” markalı avtobus ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqda iki minik avtomobili ilə toqquşub.

Belə ki, avtobusa yol verməyən bahalı avtomobillər onu ön hissədən sıxışdırıblar. Bu zaman nəqliyyat vasitələrinə zərər dəyib. Xəsarət alan olmayıb.

Bildirilib ki, qəzaya “Mercedes G Class” markalı avtomobilin manevr qaydalarını pozması səbəb olub. (Qafqazinfo)

Hadisə yerindən görüntüləri təqdim edirik:

Seçilən
28
1
news365.az

4Mənbələr