AZ

Cənubi Uelsdə 155 mm-lik mərmi istehsalı müəssisəsinin istifadəyə verilməsi yubanır

Britaniya Silahlı Qüvvələrindəki çatışmazlığı aradan qaldırmaq, eyni zamanda Ukraynaya göndərmək üçün artilleriya mərmiləri istehsal edəcək müəssisənin istifadəyə verilməsi artlq altı aydır yubanır.

Herbiand.az bildirir ki, bu barədə The Guardian qəzeti xəbər verib.

Məlumata görə, müəssisə Cənubi Uelsin Qlaskod şəhərində yerləşir. Hakimiyyət orqanlarının dediyinə görə, bu müəssisə Böyük Britaniyaya 155 mm-lik mərmi istehsalını 16 dəfə artırmağa imkan verərdi. Müəssisə 2025-ci ilin yayında fəaliyyətə başlamalı idi, lakin bu, hələ baş verməyib.

Müəssisənin sahibi olan BAE Systems Britaniya müdafiə şirkətindən bildirilib ki, gecikmə artıq tikinti zamanı istehsal gücünün ikiqat artırılması qərarı ilə əlaqəlidir. Onlar həmçinin, vurğulayıblar ki, Qlaskodakı tam avtomatlaşdırılmış müəssisə struktur cəhətdən hazırdır və sınaq mərhələsindədir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
10
herbiand.az

1Mənbələr