AZ

Məşhur hakimin oğlu Kəmaləddin Heydərovun müavini oldu

Xəbər verdiyimiz kimi, Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib.

NOCOMMENT.az-ın məlumata görə, işdən çıxarılan Etibar Mirzəyevi Yusif Nəbiyev əvəzləyib. O, nazir müavini təyin olunub.

Qeyd edək ki, Yusif Nəbiyev FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti idi.
Əldə etdiyimiz məlumata görə, Yusif Nəbiyev 2009-cu ildə 27 yaşında genral-mayor rütbəsi alıb.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri olmuş Mahmud Nəbiyevin oğludur.

 

Qeyd edək ki, o, 2000-ci ildən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri, 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışıb. 7 dekabr 2022-ci ildə vəfat edib.

Xatırladaq ki, K.Heydərovun üç müavini – general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrdən azad edilərək təqaüdə göndəriliblər.

Gülər

 

 

 

 

 

 

 

Seçilən
99
nocomment.az

1Mənbələr