Olaylar.az xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) mətbuat xidməti məlumat yayıb.
İlkin mərhələdə hansı mallar izləniləcək?
Sistemin tətbiqinə fevralın 1-dən başlanılıb. Birinci mərhələdə izləmə mexanizmi sanksiyalı və aksizli mallar (xüsusilə alkoqol və tütün məmulatları); Tranzit, ixrac və qarşılıqlı ticarət (üçüncü ölkələrdən idxal edilən mallar istisna olmaqla); Geyim, ayaqqabı və texnoloji avadanlıqların daşınması kimi sahələri əhatə edəcək.
Layihənin ikinci və üçüncü mərhələləri barədə gələcəkdə əlavə məlumat veriləcəyi bildirilir.
Yüklərin texniki izlənilməsini Aİİ-yə üzv dövlətlərin milli operatorları həyata keçirəcək: Ermənistan: ArmGPS
Belarus: "Beltamojservis" (Белтаможсервис)
Qazaxıstan: Kosmik Texnika və Texnologiyalar İnstitutu
Qırğızıstan: Dövlət Gömrük İnfrastrukturu
Rusiya: Rəqəmsal Platformaların İnkişafı Mərkəzi
Bu sistemin tətbiqi yükdaşımaların şəffaflığını artırmaqla yanaşı, sərhəd keçid məntəqələrində yoxlamaların sürətlənməsinə və qanunsuz ticarətin qarşısının alınmasına xidmət edəcək.