AZ

“IT SkillSprint” proqramına qəbul olunan tələbələr ciddi seçim mərhələsindən keçiblər - Ülkər Səttarova

Bakı.Trend:

“IT SkillSprint” beynəlxalq təhsil proqramı layihəsi Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgətəşəbbüsüdür.

Trend xəbərverir ki, bu fikirləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyininsədri Ülkər Səttarova “IT SkillSprint”in açılış mərasimiçərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, layihə 123 tələbəni əhatə edir.

“Tələbələr çox ciddi seçim mərhələsindən keçiblər və əsasən İTyönümlü ixtisaslar üzrə təhsil alan gənclər arasındanseçiliblər.

Layihə çərçivəsində iştirakçılar bir semestr, yəni yarım tədrisili ərzində xüsusi intensiv kurs proqramına cəlb olunacaqlar. Kursxarici şirkət tərəfindən təqdim olunur və əsas məqsəd tələbələrinİT sahəsində bilik və bacarıqlarının daha da inkişafetdirilməsidir”.

Agentlik sədri qeyd edib ki, proqram real keyslər və layihələrüzərində praktiki iş prinsipi əsasında qurulub.

“Bu müddət ərzində tələbələr tam şəkildə yalnız bu istiqamətəfokuslanacaqlar. Məqsəd onların İT sahəsində dərinləşdirilmişşəkildə bilik və bacarıqlar əldə etmələrini təmin etməkdir”.

O vurğulayıb ki, layihənin sonunda tələbələrin İT sahəsindəpeşəkar bacarıqları əhəmiyyətli dərəcədə artacaq.

“Xarici təcrübənin tətbiqi isə onların həm yerli, həm də qlobaləmək bazarında daha rəqabətli mütəxəssis kimi çıxış etməsinə imkanyaradacaq”,-deyə Ü.Səttarova əlavə edib.

Məqalədə:
Seçilən
107
az.trend.az

1Mənbələr