AZ

Ağdamda yeni yaşayış komplekslərinin tikintisinə başlanılıb (FOTO)

Ağdam. Trend:

Bir müddət əvvəl Ağdam şəhərinin 2-ci yaşayış kompleksinəsakinlərin qayıdışı təmin edilib. Hazırda burada 103 ailə,ümumilikdə 403 sakin yaşayır. Digər yaşayış komplekslərində isətikinti işləri davam etdirilir və bu istiqamətdə yeni mərhələyəstart verilib.

Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin əməkdaşı Fidan Məmmədli Trend-ə açıqlamasındaməlumat verib.

Onun sözlərinə görə, artıq 5-ci yaşayış kompleksi üzrə tikintiişlərinə başlanılıb. Sözügedən kompleks 12 məhəllədənibarətdir.

Məhəllələr üzrə ümumilikdə 50 bina layihələndirilib. Bunlardan40-ı yaşayış binası, 10-u isə qeyri-yaşayış binası kimi nəzərdətutulub. Kompleksdə 1, 2, 3 və 4 otaqlı olmaqla ümumilikdə 1074mənzil planlaşdırılır.

Bundan əlavə, yaxın vaxtlarda 3-cü yaşayış kompleksində dətikinti işlərinə başlanılması planlaşdırılır. Həmin kompleks 13məhəllədən ibarət olacaq.

Eyni zamanda bildirilib ki, Ağdam şəhərində bərpa edilən AğdamCümə məscidinin yardımçı tikililərinin və şəhərdə çoxfunksiyalıinzibati binanın tikintisinə də yaxın vaxtlarda startveriləcək.

Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Ağdamda
Məqalədə:
Seçilən
136
4
az.trend.az

2Mənbələr