AZ

Ağstafada villası yanan iş adamı diaspor rəhbəri imiş - FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən gün Ağstafada 3 mərtəbəli ev yanıb. Məlum olub ki, sözügedən villa iş adamı Xanəhmədov Mahir Kərim oğluna məxsusdur.

"Unikal"ın əldə etdiyi məlumata görə, Mahir Xanəhmədov Surqutdakı Xantı-Mansi Muxtar Dairəsi-Yuqra Diasporunun rəhbəri və "Azərbaycan-Surqut" regional milli-mədəni ictimai təşkilatının sədridir. 

İş adamı ötən il Rusiyada diaspor rəhbəri təyin olunub. 

M.Xanəhmədovu diaspor rəhbərliyinə Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev gətirib. 

O, Ağstafanın Köçəsgər kəndində atası Xanəhmədov Kərim Şükür oğluna abidə ucaltdırıb.

K.Xanəhmədovun əvvəllər Azərbaycanda vəzifədə olduğu bildirilir. 

 

Ailəlidir, altı övladı var. 

Onun Yekaterinburqdakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski ilə də əlaqələri olub. 

Qeyd edək ki, Ş.Şıxlinski ötən il Rusiyada qətldə ittiham olunaraq saxlanılıb. Münsiflər şurası onu təqsirli bilib. Keçmiş diaspor rəhbəri ilə bağlı həbs qərarının veriləcəyi gözlənilir. 

Ağarza Elçinoğlu 

Seçilən
116
3
unikal.az

4Mənbələr