AZ

ABŞ himayədarlıqdan rəsmən imtina etdi: Avropanın gözü Türkiyədə

ABŞ-ın Avropa qitəsi üzərində ənənəvi himayədarlığına rəsmi olaraq son qoyduğunu açıqlaması Avropa ölkələri arasında rəqabətə səbəb olub.

Publika.az "Milliyet"-ə istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merts, əsas Avropa konsepsiyasına uyğun olaraq, Almaniya və yaxın qonşularının öz maraqları naminə yenidən sənayeləşmə təşəbbüsünə başlayacağını açıqlayıb.

O qeyd edib ki, bu proses çərçivəsində Türkiyə, Böyük Britaniya, Yaponiya və Kanada kimi ölkələrlə strateji əməkdaşlıq edəcəklər.

Bunun əksinə olaraq, Fransa prezidenti Emmanuel Makron, Aİ-nin Fransanın nüvə çətirinin rəhbərliyi altında ABŞ-dan tədricən ayrılmalı olduğunu iddia edib. O, strateji muxtariyyət əldə edən Avropanın yenidən dünyada dominant gücə çevrilə biləcəyini vurğulayıb. Digər tərəfdən, İtaliya və Polşa transatlantik münasibətlərin yalnız ABŞ-ın nüvə çətiri ilə bağlı olmadığını və Avropanın Vaşinqtonla əlaqələrini heç vaxt kəsməməli olduğunu bildiriblər.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ-ın tənqidlərini "xəbərdarlıq" kimi xarakterizə edərək, bu vəziyyətin "Avropa oyanışına" səbəb olduğunu deyib. O, Brüsselin müdafiə və təhlükəsizlik sahəsində üçüncü ölkələrlə quracağı strateji əməkdaşlıqlardan bəhs edərək, Avropanın öz təhlükəsizliyi üçün əsas məsuliyyəti öz üzərinə götürməli olduğunu vurğulayıb.

Seçilən
125
publika.az

1Mənbələr