AZ

Kəmaləddin Heydərova iki müavin təyin edildi

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarovdur. O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edib.

Cəbrayıl Xanlarov bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi.

Həmçinin, Yusif Nəbiyev nazir müavini təyin olunub. O, bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib.

Qeyd edək ki, Yusif Nəbiyev FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti idi.

Əhməd

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
115
26
qaynarinfo.az

10Mənbələr