Serbiya hərbi orkestri Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Aleksandr Vuçiçin təşkil etdiyi şam yeməyində Azərbaycan mahnısı olan "Ay Laçın"ı ifa edib.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.
Diplomat bunun Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jesti olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31