Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı barədə QHT.az-a açıqlamasında qeyd edib ki, müasir dünyadakı texnoloji yenilikləri izləyən Azərbaycan hökuməti bu çağırışlara uyğunlaşmağa çalışır:
"Bu siyasətin ən dərindən duyan Prezident İlham Əliyev ölkəmizin texonoloji yeniliklərə uyğun dövlət proqramlarının həayata keçirilməsinə hər cür şərait yaradır. Bununla bağlı qanunvericiliyin təkminləşdirilməsi və uzun müddətli dovlət proqramlarını xüsusi ilə qeyd etmək lazımıdır".