AZ

Tarixin bizə verdiyi dərsləri... Budanov

ain.az bildirir, Axar.az portalına istinadən.

Ukrayna nümayəndə heyəti Cenevrəyə yola düşüb.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov deyib.

“Cenevrəyə gedirik. Növbəti danışıqlar mərhələsi qabaqdadır. Yol boyu həmkarlarımla tariximizin dərslərini müzakirə edəcək və düzgün nəticələr çıxarmağa çalışacağıq. Ukraynanın maraqları qorunmalıdır”, - o bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyəti arasında növbəti danışıqlar Cenevrədə keçiriləcək. Ukrayna nümayəndə heyəti arasında Prezident Ofisinin rəhbəri Kirill Budanov və onun müavini Sergey Kislitsa, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey İqnatov, hakim fraksiyasının rəhbəri David Araxamiya və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
1
axar.az

2Mənbələr