AZ

Evlərin 1 funt sterlinqə satıldığı və binaların saxta pəncərələri olduğu xəyalət şəhərciyi (FOTO)

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Böyük Britaniyada "xəyalət şəhərciyi” mövcuddur: burada mənzillər yalnız bir funt-sterlinqə satılır, bir çox binalarda isə saxta qapı və pəncərələr var. 

Qaynarinfo xəbər verir ki, "Express"in məlumatına görə, "YouTube" kanalı "EllieMarieTV"nin müəllifi, blogger Elli Vitbi Darhem qraflığındakı keçmiş mədən qəsəbəsi Hordeni araşdırıb. Bu qəsəbə indi tərk edilmiş evlərlə doludur.

Horden bir zamanlar Horden Colliery adlı kömür mədəninin işçilərinə ev olmuşdu – Böyük Britaniyada bağlanana qədər ən böyük mədənlərdən biri idi (1987-ci il). Bundan sonra qəsəbə tədricən tənəzzülə uğrayıb və indi burada çoxlu tərk edilmiş evlər var. Elli videoda dostu ilə Hordena daxil olarkən çəkiliş edib: kamera bütünlüklə taxta lövhələrlə bağlanmış qapı və pəncərələri olan evlərlə dolu küçəni göstərib. Amma bloger yerli sakinlə danışmağa qərar verib.

Ömrünün böyük hissəsini qəsəbədə keçirmiş və adının çəkilməsini istəməyən kişi vəziyyəti qısa şəkildə belə izah edib: "Burada hər şey pisdir". Amma bir "pəncərə”yə işarə edərək əlavə edib: "Bu sadəcə dəhşətlidir. Bu pəncərələrə baxın - saxtadır. Orada qapılar da saxtadır, sadəcə plastik örtüklərdir".

Onun sözlərinə görə, həmin evdə əslində kimsə yaşayır – elektrik, su və digər kommunal xidmətlər olmadan.

Çəkilişi davam etdirərkən Elli qeyd edib ki, burada hər real evə iki tərk edilmiş ev düşür, saxta pəncərə və qapılar isə Darhem dairə şurası tərəfindən əvvəllər "bəzək qutuları” adlandırılıb. O əlavə edib ki, gördükləri çox qəribədir və məktubların saxta pəncərələrdən daxil edildiyinə diqqət çəkib – çünki poçt işçilərinin sadəcə qoyacaq yeri yoxdur.

Bloger həmçinin bütün pəncərəsi olmayan bir ev və "ən pis saxta qapılar” olan bir evi göstərib, içəridən öskürək səsləri eşidilirdi. Yəni görünüşcə tərk edilmiş ev əslində sakinlidir.

2015-ci ildə "Channel 4" xəbər verirdi ki, şərqi Darhemdə təxminən 160 ev boşdur. O vaxt "Accent" mənzil birliyi Horden və Blakhallda 361 obyekti idarə edirdi. Şirkət 130 evi yalnız 1 funt-sterlinqə qraflığa satmağı təklif etsə də, hakimiyyət bu təklifi rədd edib, hətta belə qiymət olsa da təmirin çox baha olacağını bildirib.

Elli həmçinin Hordendə ev almış biri ilə əlaqə saxlayıb. O, evi "kor-koranə” investisiya layihəsi kimi aldığını deyib. Lakin yerli xuliqanlar işlərin davam etdiyini görüb içəri daxil olub, pilləkənləri oğurlayıb və döşəməni çıxarıblar. Kişinin sözlərinə görə, polis "prikollarla” yanaşaraq, bu bölgədən başqa heç nə almamağı tövsiyə edib.

Yerli sakinlərin fikrincə, şəhərə yardımın tək yolu – bütün yaxşı insanları çıxarıb bu yeri yer səviyyəsinə endirməkdir.

Darhem qraflığı planlaşdırma və mənzil siyasəti şöbəsinin rəhbəri Maykl Kelleher "The Sun"a bildirib: "Ziyarətçilərin videoda Horden sakinlərinin dostluq və səmimiyyətini qeyd etmələrinə şadıq. Eyni zamanda anlayırıq ki, qəsəbə, bütün ölkə üzrə digər icmalar kimi, ciddi problemlərlə üzləşir. Buna görə də mövcud resurslarımız çərçivəsində bərpa işlərinə dəstək göstərmək və yerli sakinlərin xeyrinə ictimai təşəbbüsləri dəstəkləmək üçün əlimizdən gələni edirik".

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
qaynarinfo.az

1Mənbələr