AZ

Netanyahu İranla razılaşma üçün şərtlərini AÇIQLADI – 3 SƏRT TƏLƏB

Netanyahu İranla razılaşma üçün şərtlərini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

İsrail rəhbəri İranla hər hansı bir sövdələşmənin bağlanması üçün rəsmi Tehranın yerinə yetirməli olduğu əsas şərtləri bəyan edib.

Netanyahunun sözlərinə görə, İsrail tərəfi yalnız aşağıdakı tələblər icra olunduğu təqdirdə razılaşmaya gedə bilər:

  • İran bütün uran ehtiyatlarını ölkədən çıxarmalı və uranın zənginləşdirilməsi üçün nəzərdə tutulmuş bütün istehsal güclərini ləğv etməlidir;
  • Raketlərin uçuş məsafəsi 300 kilometrə qədər məhdudlaşdırılmalıdır ki, onlar İsrail ərazisinə çata bilməsin;

  • “Terror oxu” adlandırılan şəbəkə tamamilə dağıdılmalıdır.

Baş nazir vurğulayıb ki, bu şərtlər regionda təhlükəsizliyin təmin olunması üçün prinsipial əhəmiyyət kəsb edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
54
interpress.az

1Mənbələr