AZ

“Arsenal” İngiltərə Kubokunda rekord qırdı

“Arsenal” İngiltərə Kubokunda ilk 30 dəqiqədə dörd qol vuraraq “Uiqan Atletik”i 4:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, “topçular” 1992-93 mövsümündən bəri bu yarışda oyunun ilk yarım saatında dörd qol vuran ilk Premyer Liqa komandası olub.

Hazırda “Arsenal” İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” londonlulardan dörd xal geridə qalaraq ikinci yerdədir.

“Arsenal”ın növbəti oyunu səfərdə “Vulverhempton”a qarşı olacaq. Oyun Premyer Liqa çərçivəsində keçiriləcək.

Seçilən
32
1
msport.az

2Mənbələr