AZ

Premyer Liqa klubu Almaniya millisinin baş məşqçisi ilə danışıqlara başladı

BAKI, 16 fevral. TELEQRAF

İngiltərənin “Mançester Yunayted” klubu Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmannla danışıqlar aparır.

Teleqraf Topskills Sports UK nəşrinə istinadən xəbər verir ki, hazırda 38 yaşlı mütəxəssisin nümayəndələri ilə danışıqlar artıq ilkin mərhələdədir.

Klub rəhbərliyi hesab edir ki, Nagelsmann Premyer Liqada dominantlıq edə biləcək növbəti alman mütəxəssis ola və “Liverpul”da Yurgen Kloppun əfsanəvi uğurunu təkrarlaya bilər.

Lakin əsas futbolçular, o cümlədən Bruno Fernandeş hazırkı müvəqqəti baş məşqçi Maykl Kerriki fəal şəkildə dəstəkləyir.

Qeyd edək ki, Yulian Nagelsmannın Almaniya millisi ilə müqaviləsi 2028-ci ilə qədərdir.

Seçilən
66
teleqraf.com

1Mənbələr