AZ

ABŞ Ədliyyə Nazirliyi Epşteynin sənədlərində adı çəkilən 300 tanınmış şəxsin​​ siyahısını dərc edib

ABŞ-nin baş prokuroru Pem Bondi amerikalı maliyyəçi Ceffri Epşteynin sənədlərində adı çəkilən 300-dən çox tanınmış şəxsin adının siyahısını dərc edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Fox News” onun Konqres üzvlərinə ünvanladığı məktuba istinadən məlumat yayıb.  
Məlumata görə, məktubda Ədliyyə Nazirliyinin "Epşteyn işi" sənədlərində ən azı bir dəfə adı çəkilən bütün sabiq və hazırkı vəzifəli şəxslər və ya siyasi cəhətdən güclü fiqurların adları yer alır. 

Qeyd olunur ki, siyahıya adları sənədlərdə azı bir dəfə qeyd olunan və ya əvvəllər dövlət məmuru, ya da siyasi cəhətdən əhəmiyyətli şəxslər daxil edilib. Siyahıda adları qeyd olunanlar arasında ABŞ-nin 42-ci Prezidenti Bill Klinton, 46-cı Prezident Co Bayden, "Microsoft" şirkətinin təsisçilərindən biri Bill Qeyts, müğənni Beyons, Britaniya şahzadəsi Harri, amerikalı televiziya aparıcısı və iş adamı Kim Kardaşyan, musiqiçilər Kurt Kobain, Brüs Sprinqstin və digər məşhurlar daxildir.

Seçilən
72
17
xezerxeber.az

10Mənbələr