AZ

“Apteklərdə çalışan bəzi şəxslərin təbabət, dərmanların dövriyyəsi haqqında real təsəvvürləri yoxdur”

Apteklərdə işləmək üçün müəyyən tibbi və hüquqi tələblər mövcuddur. Əczaçılıq sahəsi ali və orta ixtisas təhsili ilə tənzimlənir. Ancaq bir çox aptektlərdə bu sahəyə tamamilə yad olan və hətta təhsilsiz şəxslər işləyirlər. Vətəndaşlar isə əczaçılara inanaraq onlardan dərman barəsində soruşub tövsiyə alırlar.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı pravda.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bildirib ki, hər yerdə mütəxəssisin işləməyi müsbət haldır. Onun sözlərinə görə, müəyyən kurslar fəaliyyət göstərir, aptekdə işləmək istəyən şəxslər orada öyrənirlər: “Onlar təcrübə yığdıqdan sonra satıcı kimi iştirak edə, dərmanlar haqqında məlumat verə bilirlər. Bunlar dövlətin nəzarətində olan kurslardır. Özbaşına ola bilməzdi. Bu, vətəndaşların səhvi deyil. Sonra qərar çıxır ki, bu kursların fəaliyyəti artıq normal sayılmır və ya bağlanır. Vətəndaşlar onda razı qalarlar. Əks halda, işləyirlər və indi birdən-birə çıxmaları düz deyil. Qərar bundan sonrakı proseslərə aid olmalıdır. Daha sonra bütün apteklər yoxlanılmalıdır”.

Professor Adil Qeybulla bildirib ki, aptek şəbəkəsində çalışan şəxslərin konkret ixtisas diplomu olmalıdır:

“Orta ixtisas əczaçı diplomu olan şəxslər və ali təhsil almış şəxslər aptekdə işləyə bilərlər. Təəssüf ki, işçi çatışmazlığından bu gün belə problemi yaşayırıq. İxtisasa uyğun olmayan, ordan-burdan diplom alan, kurslar keçən şəxslər də apteklərdə işləyirlər. Bu, zərurətdir, çünki apteklər çoxdur, kadr çatışmır. Amma digər tərəfdən də yolverilməzdir. Apteklərdə çalışan şəxslərin təbabət, dərmanların dövriyyəsi haqqında real təsəvvürləri olmalıdır. Əks halda müəyyən çətinliklər yaranır. Bəzən görünür ki, apteklərdə dərmanların saxlanma qaydası, utilizasiya problemləri olur. Ona görə də ixtisas diplomunun olması çox vacibdir”.

Seçilən
85
2
konkret.az

3Mənbələr