AZ

Laricani: “Raket məsələsi İranın milli təhlükəsizlik məsələsidir və danışıqlarla əlaqəsi yoxdur”

Vətəninfo.az xəbər verir ki, Qətərin “Əl-Cəzirə” telekanalına müsahibə verən İranın sabiq parlament spikeri Əli Laricani, ölkəsinin nüvə məsələsi ilə bağlı mövqeyini açıqlayıb.

Laricani, ABŞ-ın tələblərini, o cümlədən uranın zənginləşdirilməsinin dayandırılması, İranın ballistik raket proqramının ləğvi və İsraili hədəf alan uzunmənzilli raketlərin məhv edilməsi ilə bağlı irəli sürdüyü şərtləri cavablandırıb. O, bildirib ki, bu məsələlər keçmişdə qalmış və artıq danışıqların mövzusu deyil.

“Raket məsələsinin danışıqlarla heç bir əlaqəsi yoxdur və bu, İranın milli təhlükəsizlik məsələlərinin bir hissəsidir. Ona görə də bu məsələ müzakirə olunmayacaq”, – deyə Laricani vurğulayıb.
O, həmçinin qeyd edib ki, İran nüvə məsələsi ilə bağlı çeviklik göstərib və bunun dayandırılması məsələsi artıq müzakirə olunub: “Cənab Tramp danışıqların məqsədinin İranın nüvə silahına doğru irəliləməsinin qarşısını almaq olduğunu açıqladı; bu, İranın razı olduğu bir məsələdir və biz bu barədə danışıqlara hazırıq.”
Laricani, bu mövzuda tərəflərin müsbət yanaşma nümayiş etdirdiyini və yalnız nüvə məsələsi üzərində danışıqların davam edəcəyini bildirib.

Seçilən
99
veteninfo.az

1Mənbələr