BAKI, 16 fevral. TELEQRAF
Fransanın prezidenti Emmanuel Makronla Almaniya kansleri Fridrix Merts arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində yaranan vəziyyət Parislə Berlin arasında münasibətlərdə böhranın mövcud olduğunu göstərib.
Teleqraf xəbər verir ki, "Berliner Zeitung" qəzetinin yazdığına görə, bu durum Fransa və Almaniya arasında ciddi fikir ayrılıqlarının formalaşdığını ortaya qoyur.
Nəşr qeyd edir ki, Fransa “topal ördək” təsiri bağışlayır, Almaniyanın isə aydın planı yoxdur və əvvəlki kimi fəaliyyət göstərmək getdikcə çətinləşir. Məqalədə vurğulanır ki, son illərdə avropalılar özlərini autsayder vəziyyətində hiss edirlər.
Xatırladaq ki, daha əvvəl Fransanın sağçı “Patriotlar” partiyasının lideri Florian Filippо Münhen Təhlükəsizlik Konfransında Böyük Britaniyanın baş naziri Kir Starmer və Fridrix Mertsin Emmanuel Makronu alçaltdığını bəyan etmişdi.