AZ

Femke Kokdan tarixi zəfər: Olimpiya rekordu və qızıl medal

2026-cı ilin İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında həyəcan dolu anlar yaşanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb.
 
Sürətli konkisürmə üzrə qadınlar arasında keçirilən 500 metr məsafəyə yürüşdə niderlandlı ulduz Femke Kok rəqiblərinə şans tanımayaraq qızıl medala sahib çıxıb.
 
Məsafəni inanılmaz sürətlə, cəmi 36,49 saniyəyə qət edən Femke Kok yeni Olimpiya rekorduna imza ataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1 000 metr məsafədə qazandığı gümüş medalın ardınca oyunlardakı ikinci mükafatını əldə edən Kok möhtəşəm performans nümayiş etdirib.
 
Daha əvvəl 1 000 metr məsafədə çempionluq sevinci yaşayan digər niderlandlı idmançı Yutta Leerdam, bu dəfə komanda yoldaşından 0.66 saniyə geri qalaraq gümüş medalla kifayətlənib. Yaponiyalı Miho Takagi isə liderdən 0.78 saniyəlik fərqlə finiş xəttini üçüncü keçib və bürünc medalın sahibi olub.
 
Seçilən
26
1
moderator.az

2Mənbələr