AZ

Liverpul rəhbərliyi baş məşqçinin qarşısına şərt qoyub

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Liverpul" rəhbərliyi baş məşqçi Arne Slotun qarşısına şərt qoyub. Sport 24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, komanda 2026/27 mövsümündə UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə və ya cari mövsümü heç bir kubok qazanmadan başa vursa, Slot işdən çıxarılacaq.

Niderlandlı mütəxəssisin yerinə əsas namizədlərdən biri "Liverpul" rəhbərliyi arasında yüksək etimada malik Xabi Alonsodur.

Qeyd edək ki, "qırmızılar" hazırda 42 xalla turnir cədvəlində altıncı yerdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
sport24.az

1Mənbələr