AZ

Soda və limona ehtiyac yoxdur: Tavadakı pası söküb atan möcüzəvi üsul

Mətbəxdəki dəmir və ya çuqun tabaqlar rütubət nəticəsində zamanla paslana bilər. Bir çoxları bu vəziyyətdə tavanı atmağı düşünür, lakin Dr. İbrahim Alataşın təklif etdiyi bu üsul pası saniyələr içində yox edir.

Milli.Az xəbər verir ki, təkcə bir ədəd kartof və bir az duz (xüsusilə iri dənəli dəniz duzu) pası təmizləmək üçün kifayətdir.

Təmizləmə qaydası addım-addım:
Böyük bir kartofu ortadan iki yerə bölün.

Paslanmış tavanın dibinə bol miqdarda iri dənəli duz səpin. Duz burada aşındırıcı (skrab) rolunu oynayacaq.

Kartofun kəsilmiş tərəfini duzun üzərinə qoyun və dairəvi hərəkətlərlə paslı nahiyələri bərk-bərk sürtün.

Kartofun tərkibindəki oksalat turşusu pası parçalayır, duz isə onu səthdən qoparır.

Pas tamamilə getdikdən sonra tavanı su ilə yuyun. Ən vacib məqam budur: tavanı dərhal dəsmalla qurulayın və ya ocağın üzərinə qoyub tam qurusun (nəm qalsa, yenidən paslanacaq).

Kartofun tərkibində təbii olaraq tapılan oksalat turşusu bir çox təmizlik vasitəsinin tərkibində olan güclü pas təmizləyicidir. Kartofdan istifadə etmək həm ucuz, həm də tamamilə kimyəvi qatqısız bir həlldir.

Pası təmizlədikdən sonra tavanın ömrünü uzatmaq üçün onu "möhürləmək" lazımdır. Bunun üçün quru tavanın hər tərəfinə bir neçə damcı duru yağ sürtün və ocağın üzərində tüstü çıxana qədər qızdırın. Bu, dəmirin üzərində qoruyucu bir təbəqə yaradacaq.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
22
2
milli.az

10Mənbələr