AZ

ABŞ hərbi məqsədlər üçün mobil nüvə reaktorunu sınaqdan keçirməyi planlaşdırır » AzadMedia.az


ABŞ Müdafiə Nazirliyi, ABŞ Energetika Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hərbi məqsədlər üçün hazırlanan kompakt mobil nüvə reaktorunun sınaqlarına başlayacaq. Bu barədə Pentaqon məlumat verib.

Nazirlik açıqlamasında bildirib ki, reaktor gələcəkdə ABŞ müdafiə sektoru üçün enerji dayanıqlığı və strateji müstəqillik üçün əhəmiyyətli imkanlar açacaq.

Bazar günü Valar Atomics tərəfindən inşa edilən yeni nəsil reaktor Kaliforniyadan Yuta ştatındakı San Rafael Enerji Laboratoriyasına çatdırılıb.

The Washington Times qəzetinin məlumatına görə, Müdafiə Nazirliyi yerli elektrik şəbəkələrindən asılı olmayan enerji istehsal etmək üçün kiçik mobil reaktorlardan istifadə edir ki, bu da hərbi münaqişə zamanı sıradan çıxa və ya hədəfə çevrilə bilər.

15 yanvarda NASA və ABŞ Energetika Nazirliyinin Ay səthində yerləşdirmək üçün nüvə parçalanma reaktoru hazırlamaq üzrə birgə planlarını təsdiqlədikləri açıqlanıb.
Seçilən
22
1
azadmedia.az

2Mənbələr