AZ

Salahdan taktika istəyən fenomen gündəm oldu

Dünyaca tanınmış kontent istehsalçısı “IShowSpeed” Ramazan ayı öncəsi oruc tutacağını açıqlayıb və bu prosesi idarə etmək üçün Məhəmməd Salahı nümunə göstərib.

İdman.Biz xəbər verir ki, fenomen canlı yayım zamanı fiziki enerjisini qoruyub-qoruya bilməyəcəyinə dair tərəddüd etdiyini bildirib. O, xüsusilə Salahın oruclu halda yüksək performans göstərməsinə heyran qaldığını deyib.

“Salah Ramazanda o oyunları necə keçir, həqiqətən başa düşə bilmirəm. Mənə də o sistemi izah etməlidir. Obaşdandan sonra meydana çıxıb qol vurmaq başqa səviyyədir”, - deyə o, zarafatla futbolçuya müraciət edib.

Açıqlamalar qısa müddətdə beynəlxalq mediada geniş yayılıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər “Speed”in Ramazan boyunca yayım tərzinin dəyişib-dəyişməyəcəyini də müzakirə edirlər.

İdman mütəxəssislərinin fikrincə, Salahın bu dövrdəki performansının sirri iftardan sonra keçirilən xüsusi məşqlər, bol maye qəbulu və zülalla zəngin qidalanma planı ilə bağlıdır. Bununla yanaşı, yuxu rejimi də tam şəkildə Ramazana uyğun qurulur.

Fenomenin bu tempə necə uyğunlaşacağı isə ilk günlərdə bəlli olacaq.

İdman.Biz
Seçilən
37
1
idman.biz

2Mənbələr