AZ

Kallas məyus oldu - Onunla görüşmədən yola düşdülər

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Avropa İttifaqı ölkələrinin nazirləri ilə görüşü ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə "Politico" bu barədə üç rəsmiyə istinadən məlumat yayıb.

Aİ xarici işlər nazirlərinin əksəriyyəti Münhen Konfransından sonra dərhal yola düşub. Bu da Kallasın onlarla təşkil etmək istədiyi qeyri-rəsmi görüşün ləğv olunması ilə nəticələnib.

Nəşr bildirir ki, "Kallas ötən il oxşar görüş təşkil etmişdi və diplomatların sözlərinə görə, bu, Münhendə olmayan nazirlərlə müəyyən gərginliyə səbəb olub".

Bir mənbə qeyd edib ki, bu il heç bir fikir ayrılığı olmayıb, lakin təşkilati məsələlər ortaya çıxıb.

Seçilən
11
40
publika.az

10Mənbələr