Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin görüşü ertələnib.
Newscenter.az Türkiyə Prezidentinin İnformasiya İdarəsinə istinadən bildirir ki, iki ölkə liderinin telefon danışığı zamanı bu barədə ümumi razılıq əldə olunub.
Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed əl Nəhyan arasında baş tutan telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq imkanları və ortaq maraqlara, eləcə də xalqlarının rifahına uyğun olaraq münasibətləri daha da gücləndirmək üçün atılan addımlar müzakirə edilib.
BƏƏ-Türkiyə münasibətlərinin, xüsusən də inkişaf tərəfdaşlığı sahəsində dərinləşdirilməsinə sadiqlik müxtəlif sahələrdə əldə edilən irəliləyişlərə əsaslanaraq bir daha təsdiqlənib.
Liderlər həmçinin regional və beynəlxalq səviyyələrdə qarşılıqlı maraq doğuran məsələləri, regiondakı son prosesləri müzakirə ediblər.
Süleyman