ain.az bildirir, Qafqazinfo portalına istinadən.
“Xatırlayıram ki, Emin Hüseynov İsveçrənin Azərbaycandakı səfirliyində 10 ay gizləndikdən sonra onun ölkədən çıxarılması üçün İsveçrə Azərbaycan hökuməti ilə danışıqlara keçmişdi”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri siyasi şərhçi Yeganə Hacıyeva feysbuk hesabında yazıb.
“İsveçrənin “Tagesanzeiger” saytının həmin vaxt yazdığı xəbərə görə, Emin Hüseynov Azərbaycanı İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Didye Burkhalterin müşayiəti ilə tərk edib.
Nəşr həm də yazırdı ki, Hüseynovun azad edilməsi İsveçrə hökumətinə bütün digər kənar xərclərdən başqa, təxminən 200.000 azn məbləğində vergi borcunu ödənilməsi hesabına başa gəlib.
Yəni, İsveçrə hökuməti isveç vergi ödəyicilərinin hesabına xaricdə uzun illər qrant alıb, vergisini ödəməyən birinin vergi borclarını bağlamışdı.
Əvəzində Emin Hüseynov İsveçrə hökuməti qarşısında Azərbaycan vətəndaşlığından imtina etmək kimi öhdəlik də götürmüşdü.
Məsələnin absurdluğu həm də onda idi ki, İsveç hökuməti Azərbaycandan bu faktın gizli qalmasını xahiş etmişdi.
İndi məncə, İsveçrənin Bakıdakı səfirliyindən soruşmaq lazımdır ki, Emin Hüseynovun hansı xidmətlərinə görə onun vergi borcları ödənilmişdi?
Emin Hüseynovun karyerasında və sonrakı fəaliyyətində İsveçrə dövlətinin rolu hansıdır?”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.