11 rusiyalının azad edilməsi Bakının xoş niyyət jesti olar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verıb.
M.Qaluzin vurğulayıb ki, 11 Rusiya vətəndaşının azad edilməsi rəsmi Bakı tərəfindən mühüm xoş niyyət jesti kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, hazırda Rusiya və Azərbaycanın müvafiq qurumları xətti ilə vətəndaşların evlərinə qaytarılması üçün müxtəlif variantlar üzərində iş aparılır.
“Biz ikitərəfli siyasi təmaslarda bu məsələni mütəmadi olaraq azərbaycanlı tərəfdaşlarımız qarşısında qaldırırıq”, – nazir müavini qeyd edib.
Diplomat xatırladıb ki, söhbət 2025-ci ilin yayında Bakıda həbs edilən 11 Rusiya vətəndaşından gedir. Rusiya tərəfi onların ən qısa zamanda vətənlərinə dönməsini gözləyir.
Xuraman Etibarlı
İnterpress.az