AZ

Keniyada FACİƏ: Rusiyalı bloqer qadının intiharına SƏBƏB OLDU – FOTO

Keniyada rusiyalı bloqerlə əlaqədən sonra QİÇS-ə yoluxan qadın intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Keniyada yaşayan Rosa adlı qadın rusiyalı bloqer Vladislav Lyulkov (ləqəbi Yaytseslav) ilə cinsi əlaqədə olduqdan sonra həyatına son qoyub.

Hadisəyə səbəb bloqerin onunla olan intim görüntülərini internetə sızdırması və qadında QİÇS (HİV) infeksiyasının aşkar olunmasıdır.

Məlumata görə, bloqer Keniyada 10-a yaxın qadını yoldan çıxararaq onların gizli şəkildə videolarını çəkib.

Rosa həmin videolarda özünü tanıdıqdan sonra tibbi müayinədən keçib və testin nəticəsi müsbət çıxıb. Az sonra qadının meyiti Nayrobidəki mənzilində aşkar edilib.

Skandaldan sonra qaçıb gizlənən rusiyalı bloqerin tapılması üçün Qana hökuməti diplomatik kanallar və İnterpol vasitəsilə axtarışlara başlayıb.

Afrika ölkəsində ona intim məzmunlu videoların yayılması və rasizm ittihamı ilə ümumilikdə 6 il həbs cəzası verilməsi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
97
interpress.az

1Mənbələr