BAKI, 16 fevral. TELEQRAF
Avropa İttifaqının ayrıca vahid ordu yaratması real deyil.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Kallasın sözlərinə görə, artıq NATO çərçivəsində mövcud olan hərbi strukturlara əlavə olaraq ayrıca Avropa ordusunun yaradılması məqsədəuyğun deyil.
“NATO-ya daxil olan mövcud struktura əlavə ayrıca ordu yaratmaq... Mən düşünmürəm... gəlin vaxtımızı bu cür müzakirələrə sərf etməyək”, – deyə o bildirib.
Kallas həmçinin qeyd edib ki, Aİ-yə üzv dövlətlər Ukraynanın ittifaqa qəbulunun dəqiq tarixini açıqlamağa hazır deyillər.