ain.az, Unikal.az portalına istinadən məlumat yayır.
Tovuzda yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Hacıalılı kəndində qeydə alınıb. Belə ki, kənd sakininə məxsus "VAZ 2107" markalı minik maşınında anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Qısa müddət ərzində avtomobildə baş verən yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Tural Əhmədov


Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.