Ermənistan Parlamentinin sədri Alen Simonyan Cənubi Qafqazda sülh məsələsinin Ermənistanda keçiriləcək qarşıdan gələn parlament seçkilərində həll olunacağını bildirib.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, ölkənin siyasi qüvvələri "sülh partiyası" və "qlobal moderatorlardan" asılılığı müdafiə edən "müharibə partiyası" arasında bölünüb.
O, münaqişənin 2026-cı il seçkilərindən sonra yekun sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi yolu ilə həll edilməsinin planlaşdırıldığını vurğulayıb.
Simonyan sülh tərəfdarlarının qələbəsinə əminliyini bildirib.