GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Erməni Apostol Kilsəsi daxilində Rusiya təsir agentləri vasitəsilə ciddi mövqe əldə etməyə çalışır.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin Alen Simonyan bildirib. Onun sözlərinə görə, bu, yalnız dini təsir yox, həm də siyasi və sosial sahələrdə müəyyən üstünlüklər qazanmaq məqsədi daşıyır.
Simonyan əlavə edib ki, II Qaregin (Ktriç Nersisyan) və Kilsənin bir neçə nümayəndəsi pedofil əməllərdə iştirak etməkdə ittiham olunur. Parlament sədri vurğulayıb ki, belə halların açıq şəkildə araşdırılması və ictimaiyyətə təqdim olunması vacibdir.
Onun fikrincə, Rusiya təsiri altında fəaliyyət göstərən şəxslər həm kilsə daxilində, həm də ölkə siyasətində narahatlıq yaradır və erməni cəmiyyətinə mənfi təsir göstərir.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.