AZ

G7 ölkələri Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə ediblər

G7 ölkələrinin xarici işlər nazirləri Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdən sonra verilən birgə bəyanatda deyilir.

ABŞ Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan sənədə görə, G7 ölkələri Yaxın Şərqdə, o cümlədən İsrail, Qəzza zolağı, Livan, Suriya və İranda siyasi, humanitar və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Görüş zamanı G7 ölkələrinin xarici işlər nazirləri İsrail və HƏMAS arasında atəşkəsin tam şəkildə həyata keçirilməsinə sadiq olduqlarını vurğulayıblar.

Bəyanatda görüş iştirakçılarının İranın nüvə proqramı ilə bağlı məsələləri də müzakirə etdikləri də qeyd olunur.

Seçilən
18
2
apa.az

3Mənbələr