BAKI, 15 fevral. TELEQRAF
Suriya Silahlı Qüvvələrinin bölmələri ABŞ-ninrəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin çıxarılmasından sonra əl-Həsəkə vilayətindəki əl-Şaddadi hərbi bazasında yerləşdirilməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Əl-Həsəkə vilayətindəki əl-Şaddadi hərbi bazası amerikalı tərəflə koordinasiya olunmaqla Suriya Ərəb Ordusunun nəzarətinə verilib”, - bəyanatda qeyd olunur.