AZ

"Millinin son illərdə ən yaxşı oyunu Qurban Qurbanovun vaxtında olub"

Milli komandamızın veteran hücumçusu Nadir Nəbiyev Sportinfo.az-a açıqlama verib.

O, Millətlər Liqasının D liqasında çıxış edəcək yığmamıza Litva və Lixtenşteynin rəqib olmasını dəyərləndirib:

"Rəqiblərə baxanda deyə bilərəm ki, milli lazım olan nəricəni qazana biləcək.

Mənə görə milli son illərdə ən yaxşı oyunu Qurban Qurbanovun vaxtında oynayıb. Daha sonra Arif Əsədovun vaxtında nəticə və oyun yaxşı olub deyə bilərəm.

İndi də Ayxan müəllimin dönəmində millinin son oyunları gələcəyə ümid verir.

Bir sözlə yerli məşqçilərimizin vaxtında milli daha yaxşı daha istəkli olub".

Son olaraq "Turan Tovuz"un rəhbərliyində çalışmış bacarıqlı funksioner hədəflər barədə də söz açıb:

"Seçmə oyunlara kifayət qədər vaxt var. İnanıram ki, həmin vaxta qədər optimal heyəti qurub, qurupun lideri olaraq üst liqaya yüksələcəyik".

XANOĞLAN

Seçilən
33
sportinfo.az

1Mənbələr