AZ

Messinin sevgililər günündə Antonellaya nə hədiyyə etdiyi bəlli oldu

Ulduz futbolçu Lionel Messinin həyat yoldaşı Antonella Rokutso sosial mediada bir sıra fotolar paylaşıb.

Publika.az xəbər verir ki, onlardan birində Antonella Sevgililər Günü üçün Leodan hədiyyə olaraq nə aldığı açıqlanıb. Messi Rokkutsoya oyuncaq ayı və bir buket gül hədiyyə edib.

Ayı çox böyükdür, ehtimal ki, iki metr və ya daha böyük. Buket də təsiredicidir – sadəcə üç gül deyil, ən azı 33 gül.

“İnter Mayami”dəki yaxşı gəlirini nəzərə alsaq, Leo üçün belə bir buket almaq büdcəsinə heç də çox ziyan vurmur.

Seçilən
45
1
publika.az

2Mənbələr