AZ

ABŞ Venesueladakı əməliyyatlara 3 milyard dollar sərf edib

BAKI, 15 fevral. TELEQRAF

ABŞ Venesuela ətrafında həyata keçirilən əməliyyatlara təxminən 3 milyard dollar sərf edib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.

“Venesuela ətrafındakı əməliyyatlarda ABŞ Hərbi Dəniz Qüvvələrinin üzən qüvvələrinin təxminən beşdə biri iştirak edib və xərclər gündə 20 milyon dollardan çox olub… Trampın Karib bölgəsində hərbi gücü artırmaq xərcləri təxminən 3 milyard dollara çatıb”, - bildirib.

Qeyd olunur ki, ABŞ Prezidenti Tramp daha əvvəl bildirib ki, Venesuelaya hücum zamanı ABŞ ordusu gizli dezorientasiyaedici silahdan istifadə edib.

Seçilən
137
1
teleqraf.com

2Mənbələr