AZ

İran generalı Trampa sərt xəbərdarlıq etdi

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Seyid Əbdülrəhim Musəvi ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatlara başlamaqla bağlı açıqlamalarına cavab verib.

Axar.az xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.

Musəvi Trampa hər hansı hərbi addım atmazdan əvvəl iki dəfə düşünməyi tövsiyə edib.

O qeyd edib ki, ABŞ prezidenti İranla danışıqlar aparmaq istəyirsə, bu kimi fikirlər səsləndirməməlidir: "Tramp həqiqətən də müharibə istəyirsə, niyə danışıqlar məsələsini gündəmə gətirir?"

İranlı general Trampa xəbərdarlıq edib ki, müharibə başlayarsa, İran ona unutmayacağı dərs verəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
axar.az

1Mənbələr