Belçika millisinin və “Real”ın qapıçısı Tibo Kurtua karyerasında ən yaxşı hesab etdiyi seyvdən danışıb.
İdman.Biz xəbər verir ki, o, bu epizodun 2022-ci ildə Çempionlar Liqasının finalında “Liverpul”a qarşı baş verdiyini bildirib.
“2022-ci ildə Çempionlar Liqasının finalında Sadio Mane zərbə vuranda. O, mərkəzə doğru çəkildi, mən isə sola addım atdım. Sonra zərbəni qaytarmaq üçün bütün çəkimi sağ tərəfə verməli oldum. Bu, inanılmaz dərəcədə çətin idi, topa güclə toxundum və o, dirəyə dəydi”, - deyə Kurtua vurğulayıb.
Həmin mövsümün finalında “Real” “Liverpul”u 1:0 hesabı ilə məğlub edib. Qapıçı həmin görüşdə doqquz xilasla yadda qalıb. Yeganə qolu isə 59-cu dəqiqədə Vinisius Junior vurub.