AZ

ABŞ Nigeriyanın şimal-şərqinə hərbi yüklərin daşınmasına başladı

Bakı. Trend:

ABŞ Nigeriyanın şimal-şərqində terror qruplaşmalarına qarşımübarizənin aparıldığı bölgəyə hərbi təyinatlı yüklərin daşınmasınabaşlayıb.

Trend xəbər verirki, bu barədə Vanguard qəzeti məlumat yayıb.

Qeyd olunub ki, azı üç hərbi-nəqliyyat təyyarəsi NigeriyaSilahlı Qüvvələrinin Borno ştatındakı bazasına sursatlar da daxilolmaqla bir partiya təchizat çatdırıb.

“Nigeriya və ABŞ arasındakı danışıqların yekunu olaraq,Vaşinqton bizə təkcə hərbi qulluqçular göndərməyəcək, həm dəüsyançılarla mübarizə üçün döyüş sursatlarının tədarükü də daxilolmaqla zəruri logistik dəstək göstərəcək”, – deyə qəzet BaşQərargahdakı mənbəyə istinadən bildirib.

Məlumata görə, söhbət Boko Haram və Qərbi Afrika Vilayəti İslamDövləti (ISWAP) qruplaşmalarına qarşı mübarizədən gedir.

Seçilən
15
az.trend.az

1Mənbələr