AZ

Hüquq fakültəsində 3600 tələbə təhsil alıb, halbuki bu sahədə tələbat cəmi 700 nəfərdir Baş nazir

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ali məktəblərə qəbul olunan gənclərin böyük hissəsi sonradan diplomuna uyğun sahədə işləyə bilmir və bu, əmək bazarının sistemli analizinin vacibliyini göstərir".

24News.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze ali təhsil islahatına həsr olunmuş debat zamanı İmedi TV kanalının efirində deyib.

Baş nazir qeyd edib ki, Gürcüstan müstəqilliyini bərpa etdikdən sonra uzun illər əmək bazarı üzrə geniş analiz aparılmayıb. Nəticədə universitetlərdə hazırlanan kadr sayı ilə real tələbat arasında ciddi uyğunsuzluq yaranıb. Onun sözlərinə görə, hazırda ölkədə təxminən 20 min həkim var və beynəlxalq göstəricilərlə müqayisədə bu rəqəm yüksək sayılır. Kobaxidze bildirib ki, sistem hər il real ehtiyacdan artıq həkim hazırlayarsa, minlərlə gənc ya ixtisası üzrə iş tapa bilməyəcək, ya da ölkəni tərk etməyə məcbur olacaq.

Hökumət başçısı hüquq sahəsini nümunə göstərərək deyib ki, aparılan araşdırmalar ölkənin illik təxminən 700 hüquqşünasa ehtiyacı olduğunu göstərir. Halbuki son illərin statistikasına görə, hüquq fakültələrinə hər il orta hesabla minlərlə tələbə qəbul olunur və onların böyük hissəsi məzun olduqdan sonra ixtisası üzrə işləyə bilmir.

Baş nazir bunu gənclərin əmək perspektivlərinin düzgün planlaşdırılması baxımından ciddi problem kimi qiymətləndirib:

"Son 5 ilin statistikasını götürsək, Gürcüstanda orta hesabla 3600 tələbə universitet və hüquq fakültələrində təhsil alıb. Onlardan 2050-si məzun olub. Tələbat 700-dür. Bu o deməkdir ki, 3600 tələbədən 2900-ü hüquq dərəcəsi almayacaq. Burada əmək bazarının təhlili necə aparılmaya bilər? Yaxın gələcəkdə bu tədqiqatın təqdimatını keçirəcəyik, Təhsil və İqtisadiyyat nazirlikləri də cəlb olunacaq”, - deyə Baş nazir bildirib.

Kobaxidze vurğulayıb ki, əmək bazarı analizi geniş sahələri — hüquq, tibb, fundamental elmlər və digər istiqamətləri əhatə edir və gələcək potensial tələbatı da nəzərə alır. Onun sözlərinə görə, informasiya texnologiyaları kimi sahələrdə gələcək artım ehtimalı da hesablamalara daxil edilir.

Baş nazir əlavə edib ki, müəyyən proqramlar üzrə texniki və ya metodoloji çatışmazlıqlar aşkarlanarsa, hökumət onları düzəltməyə hazırdır. O bildirib ki, yaxın vaxtlarda əmək bazarı üzrə aparılan tədqiqatın təqdimatı keçiriləcək və prosesə müvafiq dövlət qurumları cəlb olunacaq.

www.24news.ge

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
sherg.az

1Mənbələr