AZ

Serbiya Prezidenti: Yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm

Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm.

APA xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında bildirib.

“Bundan əvvəl biz çox nəticələr əldə etməliyik. Mən, xüsusi olaraq, Prezident Əliyevlə Dubravkada qazla işləyən elektrik enerjisi stansiyası məsələsini müzakirə etdim. Prezidentdən xahiş edirəm ki, bu məsələ ilə şəxsən məşğul olsun, çünki mən edə biləcəyimiz və bilməyəcəyimiz işlər barədə çox səmimi danışdım. Prezident Əliyevdən zəmanət aldım ki, o, şəxsən bu məsələdə bizə böyük kömək göstərəcək. Texniki əsaslandırma işləri başa çatdıqdan sonra biz bütün digər prosesləri sürətləndirməliyik”, - deyə Aleksandar Vuçiç bildirib.

Seçilən
57
11
apa.az

10Mənbələr