AZ

ABŞ Maduronu ələ keçirmək üçün bu qədər xərcləyib Şok məbləğ

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşını ələ keçirmək üçün təxminən 3 milyon dollar xərcləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, bu məbləğ Karib dənizi regionunda təşkil olunan bütün hərbi əməliyyatı əhatə edib.

Əməliyyatın qısa və dəqiq şəkildə icra olunduğu bildirilir. İddialara əsasən, Karakasda vertolyotlardan 60 xüsusi təyinatlı hərbçi endirilib və əməliyyat hava dəstəyi ilə müşayiət olunub. Daha sonra hərbçilər mühafizəçilərlə toqquşaraq onu ələ keçirib və Amerika hərbi gəmisi ilə təxliyə ediblər.

Bundan əvvəl isə mediada Pentaqonun Maduroya qarşı əməliyyatda süni intellekt proqramı olan “Klod”dan istifadə etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, əməliyyatın planlaşdırılması və koordinasiyasında həmin texnologiyadan yararlanılıb.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr