AZ

Eminin 10 aylıq səfirlik “macərası” “Saçını rənglədi, qadın paltarı geyindi” (VİDEO)

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Avropada işgüzar səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün özünü jurnalist kimi təqdim edən Emin Hüseynova layiqli cavabını verdi.Mehriban Əliyevanın Emin Hüseynova: "Qadın paltarı geyinib səfirlikdə gizlənən siz idiniz?" - sualının mabədi isə gənc nəslə tanış olmaya bilər.

 

Oxu.Az Emin Hüseynovun "səfirlik macərası"nın bəzi məqamlarını yada salır:Öncə xatırladaq ki, E.Hüseynov 1979-cu ildə Bakıda doğulub. Kooperasiya, İqtisad və Bakı Dövlət universitetlərində təhsil alıb, jurnalist və aktivist kimi fəaliyyət göstərib.

2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən E.Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstututunun (RATİ) ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə cəhd edir. Ancaq səfirlik "amerikalı hərbçi xanımla evli olan" Hüseynovun bu istəyini rədd edir.

"Azadlıq radiosu" məsələni belə qələmə verir:

"Avqustun əvvəlində Hüseynov Bakıdakı ABŞ səfirliyində bir tədbirə gedir və səfirliyin müvəqqəti işlər vəkili Derek Hoqanla tək qalır. Səfir Riçard Morninqstar bir neçə həftə öncə Bakıdan getmişdi. Mənbələr deyirlər ki, Emin Hoqana bir kağız ötürür: "Mənə necə kömək edə bilərsiniz? Həbs oluna bilərəm". Hoqan deyir ki, kömək edə bilməz".

Qeyd olunur ki, mətbuat Eminin dipmissiyada gizləndiyini yazsa da, səfirlik avqustun 12-də təkzib yayır.

"O, xarici görkəmini tam dəyişdi, saçını rənglədi, fərqli paltar geyindi. Emin hətta adamların onu tanıyıb-tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxdı", - başqa bir mənbə deyir.

Nəhayət, avqustun 18-də azərbaycanlı tanışı Emini İsveçrə səfirliyi yaxınlığında maşından düşürür. Emin səfirlik ətrafında mülki geyimlilərin polis olduğunu anlayır. O, ingiliscə birtəhər danışıb onları aldatmağa çalışır. Pasportunu soruşurlar, deyir ki, pasportu isveçrəlilərdədir. Emini əvvəlcə tanımırlar. Elə sorğu-sual gedərkən qapının zəngini basır. Kimsə qapını açır və onu içəri dartır.

Beləcə, gizlənmək üçün dondan-dona girən Emin Hüseynov İsveçrə səfirliyində təxminən 10 ay qalır. 2015-ci ilin 13 iyununda isə Azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra İsveçrə Xarici İşlər Nazirliyinin yüksəkrütbəli diplomatı Didye Burkhalterin müşayiəti ilə bu ölkəyə uçur.

Azərbaycan barədə zaman-zaman qarayaxma kampaniyası aparan E.Hüseynov hazırda da İsveçrədə yaşayır.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
16
demokrat.az

10Mənbələr