AZ

“Qərara gəldik ki, dəstək olaq” Vernidub “Qarabağ”dan danışdı

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Neftçi" klubunun baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 20-ci turunda "Kəpəz" üzərində qazanılan 3:1 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis hücumçular Sambu və Vensan Abubakar barədə danışaraq hər ikisinin yaxşı oyunçu olduğunu bildirib.

“Seçim etmək çətindir, amma bu gün onlardan razı qaldım. Qol vurmaqları və öz üzərlərində işləmələri sevindiricidir”, - deyə Vernidub söyləyib.

Baş məşqçi komandanın oyun ritmini qorumasının vacibliyini də qeyd edib. Onun sözlərinə görə, qarşıdakı həftə rəsmi matç olmadığından rəhbərlikdən yoxlama görüşü təşkil etməyi xahiş edib. Əks halda, futbolçular öz aralarında oynayacaqlar. Vernidub heyətdə 23 meydan oyunçusu olduğunu, hamısının məşqlərdə çalışdığını və oynamayan futbolçunun ritm itirdiyini vurğulayıb: “Bizdə ulduz yoxdur, ailə var”.

Təcrübəli çalışdırıcı avrokuboklar səbəbindən “Qarabağ”la matçın təxirə salınmasına da münasibət bildirib. O qeyd edib ki, rəhbərliklə görüşərək belə çətin dövrdə "Qarabağ"a dəstək olmaq qərarına gəliblər. Vernidub bunun ritmə mənfi təsir edə biləcəyini desə də, hər şeyin yaxşı olacağına ümid etdiyini bildirib və "Nyukasl"la oyunda Azərbaycan çempionuna uğurlar arzulayıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
icma.az

2Mənbələr